Bakıya gələn 3 avtobus qəzaya düşdü: YARALILAR VAR - FOTO
27 May 2018 10:57 KriminalBakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İbrahimov Dilqəmin "05-BE-640" nömrəli, Elmir Hüseynovun "99-JD-403" nörməli və Elçin Qarayevin "99-HJ-256" nömrəli avtobusları toqquşub.E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub.Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.
Xəsarət alan sərnişinlər bunlardır:
Bakı sakini Cavadova Yana - 51 yaş
Bakı sakini Qurbanov Cəfərr Üzeyir oğlu - 11 yaş
Bakı sakini Səmədov Faiz Baba oğlu - 63 yaş
Bakı sakini Şayxatarov Renat - 58 yaş