Azərbaycanda biznesmen bıçaqlandı - İŞÇİSİ TƏRƏFİNDƏN

Sumqayıt şəhərində qətl törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, meyvə-tərəvəz dükanında satıcı işləyən Vüsal Novruzov oranın sahibi, 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçaqlayaraq öldürüb.

Sumqayıt şəhərində qətl törədilib. 

Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, meyvə-tərəvəz dükanında satıcı işləyən Vüsal Novruzov oranın sahibi, 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçaqlayaraq öldürüb.

Hadisənin mübahisə zəıminində törədildiyi bildirilir və V.Novruzov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, qətlə yetirilən iş adamı Sumqayıtda "Hacı Vüqar" adı ilə tanınıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31