Neftçala rayonunda qadın iki körpəsi ilə birlikdə itkin düşüb.
"Report"un xəbərinə görə, 1994-cü il təvəllüdlü Türkan Zamanlı iki qızı - 3 yaşlı Sevər və 2 yaşlı Ruqəyya ilə birlikdə Mürsəqulu kəndində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Qadının qohumları itkin düşənlərin tapılması üçün Neftçala Rayon Polis Şöbəsinə müraciət ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31