Xəzər dənizində qayıqda 2 meyit tapıldı

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb. Rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər. Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq. (apa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31