18 yaşlı qız sevgisinə üsyan edərək intihar etdi — TƏFƏRRÜAT
Ötən gün axşam saat 18 radələrində Bərdə rayonunun Zümürxan kəndində intihar faktı qeydə alınıb.
24 May 2018 12:00 KriminalÖtən gün axşam saat 18 radələrində Bərdə rayonunun Zümürxan kəndində intihar faktı qeydə alınıb.
Kəndin ərazi nümayəndəsi Mübariz müəllimin verdiyi məlumata görə, 2000-ci il təvəllüdlü İsayeva Səma Yaşar qızı özünü tut ağacından iplə asaraq öldürüb. Belə ki, ailənin 3 qız övladından ən kiçiyi olan Səma İsayeva məktəbi bitirdikdən sonra heç bir yerdə işləməyib, valideyinlərinə ev işlərində kömək edib. Bir müddət öncə Bakıda yaşayan qohumları Səmaya elçi düşüblər və 18 yaşlı qız qohumuna nişanlanıb. Ancaq təxminən 1 ay öncə valideyinləri qızlarının istəyinə əks gedərək bu izdivacı pozublar. Qızın özünü dəqiq hansı səbəbdən asması məlum olmasada ilkin versiyaya görə, nişan izdivacının pozulması Səmaya pis təsir edib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
"Ölkə.Az"