Bakıda metrosunda olay: gənc oğlan özünü qatar xəttinə atdı

Bakı metrosunda insident baş verib. Azvision.az xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verib. O bildirib ki, bu gün səhər saat 09:25-də gənc oğlan özünü "Həzi-Aslanov-İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.Qurum rəsmisi qeyd edib ki, maşinistə qabaqcadan məlumat verilib və o, qatarı saxlayıb:"Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir" -deyə N.Paşayev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31