Rusiyadan Azərbaycana partlayıcı qurğuların qanunsuz daşınmasının qarşısı alınıb
Dağıstanda Rusiyadan Azərbaycana partlayıcı qurğuların daşınması zamanı qayda pozuntusu qeydə alınıb.
24 May 2018 01:39 KriminalDağıstanda Rusiyadan Azərbaycana partlayıcı qurğuların daşınması zamanı qayda pozuntusu qeydə alınıb.
Şimali Qafqaz Gömrük İdarəsinə istinadən verdiyi məlumata əsasən, Dərbənd dəmir yolu stansiyasında gömrük işçiləri sənaye üsulu ilə hazırlanmış partlayıcı qurğu - ammonit tozunun daşınması zamanı qanun pozuntusu aşkarlayıblar.
Qeyd olunur ki, daşıyıcı deklarasiyada yükün çəkisini 8 ton kimi göstərib: "Yoxlama zaman aşkar olunub ki, yükün faktiki çəkisi 8 ton 167,2 kq-dır. Yəni qurğuları gömrük rəsmiləşdirilməsi olmadan keçirməyə çalışıblar".
Qanunsuz daşınması planlaşdırılan mal ekspertizaya göndərilib. Faktla bağlı inzibati hüquq pozuntusu barədə iş açılıb.
Trend