“Park Bulvar”da 14 yaşlı qız itkin düşüb
Bakıda 14 yaşlı qız itkin düşüb. Hadisə Səbail rayonunda yerləşən “Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.
23 May 2018 16:01 KriminalBakıda 14 yaşlı qız itkin düşüb.
Hadisə Səbail rayonunda yerləşən "Park Bulvar" ticarət mərkəzində qeydə alınıb.
2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər. Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.
İtmiş qızın axtarışları davam etdirilir.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31