Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Narkotiklərlə mübarizə istiqamətində keçirilən tədbirlər nəticəsində külli miqdarda narkovasitələr aşkar edilərək götürülüb.

Narkotiklərlə mübarizə istiqamətində keçirilən tədbirlər nəticəsində külli miqdarda narkovasitələr aşkar edilərək götürülüb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın  22-də keçirdikləri tədbirlər nəticəsində külli miqdarda narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430 qram marixuana aşkar edilib.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Nərimankənd kənd sakini Qədir Babayevdən narkotik vasitə olan marixuana götürülüb. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər və görülmüş tədbirlərlə narkovasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi S.Əhmədov da saxlanılıb və odan da marixuana götürülüb. Davam etdirilən tədbirlərlə S.Əhmədovun narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu da məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə  onun Həşimxanlı kəndi ərazisində aqrotexniki qaydada becərdiyi 41 ədəd çətənə kolu və çəkisi 485 qram olan marixuana da aşkar edilərək götürülüb.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.  Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Faktlarla bağlı cinayət işləri başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31