Lotu Qulinin adamı Rusiyada belə saxlanıldı - Foto
23 May 2018 13:01 KriminalRusiyanın Çelyabinsk şəhərində 47 yaşlı kriminal avtoritet Rəhman Abdullayev tutulub.
Kriminal avtoritet Rusiya DİN Çelyabinsk vilayət Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, sahibkarlara zorən haqq qoymaqda, saxta şirkətlər yaradaraq külli-miqdarda vergidən yayınmaqda və sair cinayətlərdə ittiham olunur.
Yerli KİV-lərin yazdığına görə, Rəhman Abdullayev Lotu Quli ləqəbli Nadir Səlifovun Cənubi və Şərqi Ural üzrə "valisi" sayılır. Məhz Qulinin adına görə, regionun azərbaycanlı sahibkarları Rəhmana haqq verirlərmiş. Başqa bir məlumata görə, Rəhman Abdullayevə bu yaxınlarda Dubayda "qanuni oğru" adı veriləcəkmiş.
Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31