Quba sakini qaçırdığı avtomobillə yol qəzasına düşüb

Quba rayon sakini qaçırdığı avtomobillə yol qəzasına düşüb.

Mayın 22-də Quba şəhərinin ərazisindən Qam-Qam kənd sakini İlkin Rəhimova məxsus "VAZ-2105" markalı avtomobil qaçırılıb və idarə edilərkən Paşa-oba kənd sakini Nəsir Dadaşovun idarə etdiyi "Kia" markalı avtomobillə toqquşub.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, ruhi xəstə olan Kamran Müzəffərov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31