Paytaxtda soyğunçu saxlanıb

Soyğunçuluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini saxlanılıb.

Soyğunçuluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 21-də paytaxtın Nizami rayonu ərazisində bir nəfər naməlum şəxs Bakı şəhər sakini Əmrəli İsmayılovun içərisində 130 manat və sənəd olan pulqabısını ondan almışdır. 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Kazım Zəkərgəyev saxlanılmışdır.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31