Evlərə qənim kəsilən şəxslər tutulublar
Oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də rayon ərazisindəki evlərdən birindən 1100 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri Mübariz Məmmədov və Nurəddin Orucov tutulublar. Onların cari ilin mart-noyabr ayları ərzində 17 evdən məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.
21 Noyabr 2017 15:59 KriminalOğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri tutulublar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də rayon ərazisindəki evlərdən birindən 1100 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri Mübariz Məmmədov və Nurəddin Orucov tutulublar. Onların cari ilin mart-noyabr ayları ərzində 17 evdən məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.