Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Tbilisiyə ekstradisiya olunacaq

Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Avtandil Martiaşvilinin vətəninə ekstradisiya prosesinə başlanılıb. Məlumata əsasən, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.  A. Martiaşvili sağlamlıq durumunun ağır olduğundan ekstradisiya prosesinin sürətləndirilməsini xahiş edib. Onun bir ildir xəstəxanada olduğu və diabetə görə qanqrenadan əziyyət çəkdiyi bildirilir. 

Qeyd edək ki, A. Martiaşvili 2013-cü ildə İran və Ermənistandan keçməklə, Gürcüstana külli miqdarda narkotik vasitənin avtomobillə daşınmasına görə 17 il müddətinə azadlıqdan məhrum edilib. Olaylar.az Apa-ya istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31