8 yaşlı uşağı qaçıran: “Arka sokaklar"a baxaraq adam oğurluğunu öyrəndim”

Ötən gün Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində Abşeron rayon sakini Elnur Məmmədov 8 yaşlı Hüseyni qaçırmışdı. Polisin keçirdiyi əməliyyat nəticəsində özünü İŞİD üzvü kimi təqdim edən E.Məmmədov həbs edilib. Uşaq qaçıran saxta İŞİD-çi saxlandıqdan sonra ifadə verib. "Olaylar" xəbər verir ki, o, polisə ifadəsində deyib ki, əvvəlcə uşağın atasından 10 min pul istəyib: "Daha sonra 20 min verəcəyini bildirdim. Saat 9-da yenidən ona zəng elədim və Ramanada sahə 2 deyilən ərazidə qara qapı var, demişdim ki, pulu qoysun ora. Pulu götürəndə polis əməkdaşları məni yaxaladılar", - deyə təqsirləndirilən şəxs bildirib. O, qeyd edib ki, "Arka sokaklar"a baxaraq adam oğurluğunu öyrənib. Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. Məlumat üçün onu da bildirək ki, "Arka sokaklar" serialı Türkiyədə uzun illərdir bir neçə ildir yayımlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31