Bakıda 14 yaşlı qız qaçırıldı

Bakıda 14 yaşlı qız qaçırılıb. Bu barədə APA-ya Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, Mərdəkan qəsəbə sakini Vəfa Bənnayeva polisə ərizə ilə müraciət edərək qızı, 14 yaşlı S.Nəbiyevanın qaçırıldığını bildirib. Araşdırmalar zamanı qızın Bəxtiyar və onun anası Güləndam adlı şəxslər tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31