Kartofun içərisində telefon keçirmək istədi

Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. "Olaylar" Penitensiar Xidmətin saytına istinadən xəbər verir ki, Xidmət əməkdaşları tərəfindən 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2: 29,120.2.7-ci maddələrinə əsasən 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nizami Paşa oğlu Xəlilovun yanına qısamüddətli görüşə gələn xalası oğlu, Bakı şəhər sakini Fərid Məhiyəddin oğlu Tahirovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı F.Tahirovun əynindəki pencəyin cibindən 1 ədəd yaddaş kartı, sovqatda olan kartofun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd "M5" markalı mobil telefon aparatı, 1 ədəd "Nar" və 1 ədəd "Bakcell" danışıq kartları aşkar edilərək götürülüb. Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31