Yanğınsöndürmə vintlərini oğurlayanlar yaxalanıb

Paytaxtda qeyri-adi oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də X.Məmmədov küçəsindəki binalardan birində quraşdırılmış 50 ədəd yanğınsöndürən vintilləri oğurlamış Bakı şəhər sakini İlqar Ələkbərov və Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Zahir Nəzərov tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31