Oğurçu dəstənin digər üzvləri də saxlandı

Mənzil oğurluğu ilə məşğul olan dəstənin digər üzvləri yaxalanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon sakinlərinə məxsus evlərdən (5 fakt) oğurluq etmiş qrupun digər üzvü - Bakı şəhər sakini Mirfərrux Əliyev tutulublar. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 15-dən 20-dək olan müddətdə Maştağa qəsəbə sakini Nicat Məmmədova məxsus həyətyanı sahədən 1500 metr elektrik naqili oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31