Mənzil oğruları yaxalanıb

Bakıda mənzil oğurluğu ilə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Bakı şəhər sakini Nazim Mirzəliyevə məxsus evdən 650 manat pul və 10000 manat dəyərində qızıl əşyalar oğurlamış həmyerliləri Amin Abdullayev və Elmir Mirzəliyev tutulublar. Faktla bağlı araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31