Oğurluğun üstü 6 aydan sonra açıldı

Ağsuda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 9-da rayon sakini Sahib Əzizova məxsus mağazadan 180 manat pul və tütün məmulatı oğurlamış həmyerlisi Mikayıl Şamilov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir mağazadan pul və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31