Qadını vuran sürücü aradan çıxıb

Aprelin 19-da saat 01 radələrində Səbail rayonunun Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ruhiyyə Məmmədova vurulub. DİN-dən verilən məlumata görə, ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31