Qadını döyərək pul tələb edən saxlanıb
20 Aprel 2016 16:34 KriminalCəlilabad rayonunun Ağdaş kəndində yaşayan Xanımbacı Məmmədovanın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu döyərək pul verməsini tələb etmiş, səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk edib. DİN-dən verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Zülfüqar Salayev tutulub.Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31