Bakı sakinini döyərək pulunu alıb

Xətai rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Bilal Mehdiyevi döyərək 1700 manat pulunu alıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şahbuz rayon sakini Sani Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31