Bakıda daha bir mənzil fırıldaqçılığı
Bakının Binəqədi rayonunda dələduzluq hadisəsi qeydə alınıb
20 Aprel 2016 16:23 KriminalReport bildirir ki, 57 yaşlı Məmmədov İslam Ağaməmməd oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu il yanvar ayında Ağdam rayon sakini 51 yaşlı İlqar Rəhimov etibarından sui-istifadə edərək M.Kazimovski küçəsi ev 5, mənzil 23-ü ona 53 000 ABŞ dollarına satıb. Lakin sonradan məlum olub ki, o, həmin mənzili Zamir adlı şəxsə təkrar satıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31