Prokuror soyğunçuluqda təqsirləndirilən şəxsə 9 il 6 ay cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Ceyhun Fərəcullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məlumata görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror C.Fərəcullayevin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. Sonra C.Fərəcullayev son sözə hazır olmadığından məhkəmə prosesi aprelin 29-a təyin edilib.

Qeyd edək ki, hadisə keçən il Bakıda baş verib. Transseksual olan C.Fərəcullayev müştərisi ilə evə gəlib. Zərərçəkən onun qadın olmadığını evdə olan zaman bilib və ondan imtina edib. Bundan sonra C.Fərəcullayev zərərçəkmişi bıçaqla təhdid edərək telefonunu, 500 manata yaxın pulunu ələ keçirib. Hadisədən sonra zərərçəkmiş polisə şikayət ərizəsi ilə müraciət edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində C.Fərəcullayev saxlanılıb. Ona Cinayət Məcəlləsinin 181-ci( quldurluq) maddəsi ilə ittiham verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31