Bakıda çoxmərtəbəli binada yanğın olub
20 Aprel 2016 13:15 KriminalBakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlıumata görə, nəticədə ümumi sahəsi 82 kv.m olan 2 otaqlı mənzilin eyvanında 0.5 kv.m sahəyə yığılmış divar kağızı yanıb. Yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 1 kv.m sahədə əriyib. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31