Abşeronda mağaza yanıb
8 Aprel 2016 11:14 KriminalAbşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus mağazada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 15 kv.m olan dükanın yanar konstruksiyaları və bitişik ümumi sahəsi 70 kv.m olan mağazanın reklam lövhəsi yanıb. Mağazanın və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31