Evdən pul və qızıl aparan saxlanıb

Gəncədə oğurluq faktının üstü açılıb. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də rayon sakini Xəqani Abdüləzimova məxsus evdən 1200 ABŞ dolları və 500 avro, habelə qızıl əşyalar oğurlamış Salyan rayon sakini Maqsud Əliyev tutulub. Həmçinin Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də rayon sakini Anar Məmmədova məxsus evdən 2000 manat oğurlamış həmyerlisi, əvvəllər məhkum olunmuş Rasim Məmmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31