Bakıda evdən içində 110 min olan seyf oğurlandı
7 Aprel 2016 12:22 KriminalBakıda evdən 110 min manatdan artıq pul oğurlanıb. Qafqazinfo bildirir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bir neçə gün öncə baş verib. Oğurluq hadisəsi gündüz saatlarında evdə heç kimin olmadığı 4 saat ərzində baş verib. Y.Əliyev küçəsində yaşayan 1966-cı il təvəllüdlü Fərhad Abbasovun evində olan seyfdən naməlum şəraitdə 61900 ABŞ dolları və 17500 manat oğurlanıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31