“28 Mall”a “bomba qoyan” şəxs tutuldu

28 Mall" ticarət mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə məlumat verən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Qeyd edilib ki, Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də Azadlıq prospektində yerləşən "28 Mall" ticarət mərkəzindəki "Bazarstore" mağazasına bomba qoyması barədə məlumat vermiş Ağdaş rayon sakini, 33 yaşlı Rəvan Fətəliyev tutulub. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31