Bakı şəhər sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini İntizam Məmmədovdan "TT" markalı tapança və 3 ədəd patron götürülüb. Hazırda silahın haradan əldə edilməsini müəyyən etmək istiqamətində tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31