Qızıl oğrusu saxlanıb

Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən ticarət mərkəzlərindən birindən Bakı şəhər sakini Vidadi Səfərova məxsus köşkdən qızıl sırğa oğurlanıb. DİN-dən verilən məlumata görə, hadisənin Lənkəran rayon sakini Zahirə Əlizadə tərəfindən törətməsi müəyyən edilib. O, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 19-cu PB-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31