İqtisadiyyat
Sabunçu rayonu Savalan yaşayış massivinin yolları yenidən qurulur
Başlanğıcını Zabrat-Maştağa avtomobil yolundan götürən “Savalan” yaşayış massivinin 3 km uzunluğa malik avtomobil yolu yenidən qurulur. “OLAYLAR”-a daxil olan məlumata görə, yenidənqurma işləri çərçivəsində yol boyu yararsız qrunt qazılaraq çıxarılıb, qazılmış, genişləndirilmiş və relyefdən aşağı olan hissələrin karbonat materialı ilə hissə-hissə doldurularaq kipləşdirilməsi işləri aparılıb, torpaq yatağı profilə salınaraq hamarlaşdırılıb.
Kənd təsərrüfatı texnikası güzəştli qiymətlərlə satılacaq
Bu yolda təmir işləri aparılacaq
Binəqədi rayonunun qaz təsərrüfatında yenidənqurma işləri həyata keçirilir
Energetika Nazirliyi və Total Anlaşma Memorandumu imzalayıb
Energetika Nazirliyi və Fransanın “TotalEren”şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu (AM) imzalanıb. Nazirlikdən “OLAYLAR”-a bildirilib ki, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “Total Eren” şirkətinin Qafqazölkələrində biznesin inkişafı üzrə direktoru Emmanuel Terroir imzalayıb. Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üçün əməkdaşlığı nəzərdə tutur.
"Messenger”da göndərilən mesajları silə biləcəyik
“Facebook” sosial şəbəkəsi fevralın 5-dən etibarən “Facebook Messenger”də məlumatları göndərdikdən sonra onları 10 dəqiqə ərzində silməyə imkan verən yeni funksiya istifadəyə verib. Bu barədə messencerin pres-relizində deyilir. Məlumata görə, funksiya vasitəsilə “Messenger”də həm bir nəfərə, həm də qrupa göndərilən məlumatı ləğv etmək mümkün olacaq. Bunun üçün ekranda məlumatın üzərinə basmaq və “hamı üçün silmək” və ya “özün üçün silmək” funksiyalarından birini seçmək tələb olunur. Bununla yanaşı, birinci funksiya seçilən zaman bütün çat iştirakçılarına silinmiş məlumat barədə bildiriş göndəriləcək.
2022-ci ildə qlobal İKT xərcləri 4,6 trilyon dollar təşkil edəcək
“IDC”nin analitikləri xəbərdarlıq edirlər ki, növbəti 5 il informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üçün asan olmayacaq. Tədqiqat şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək avadanlıq, proqram təminatı, xidmət və rabitə sahəsi üzrə qlobal İKT xərcləri orta hesabla 4% yüksələrək 4,6 trilyon dollar təşkil edəcək. Proqnozlaşdırılan məbləğin 2.9 trilyon dolları kommersiya müştərilərinin payına düşəcək, istehlak xərcləri isə 1,7 trilyon dollar təşkil edəcək.
Fevralın 6-na manatın məzənnəsi
Nobel prospektində çökmənin qarşısını almaq üçün əlavə tədbirlər görüləcək
Bakı şəhərində yaranan tullantı sularının 30 faizindən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektində yerləşən 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, eləcə də prospektdə avtomobil yolunda çökmənin qarşısını almaq üçün ərazidə əlavə işlərin görülməsinə qərar verilib. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi 23 dekabr 2018-ci il tarixində baş verib. Yolun çökməsinin 24 metr dərinlikdən keçən Sahil kollektoruna təsirini qiymətləndirərkən 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Şaxtaya dolan qrunt sularının qarsını almaq məqsədilə “Azərsu” ASC tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, bu sahədə ixtisaslaşmış Penetron-Azərbaycan şirkəti tərəfindən şaxta daxildən xüsusi materiallarla izolyasiyası edilərək şaxtaya daxil olan qrunt sularının qarşısı tam alınıb.
Energetika naziri XXII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək
Fevralın 6-7-də İstanbulda XXII Avrasiya İqtisadi Zirvəsi keçiriləcək. Zirvədə Azərbaycan nümayəndə heyətinin tərkibində energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. “OLAYLAR”-a nazirlikdən bildirilib ki, energetika nazirinin “Azərbaycanın enerji potensialı və rəqəmsal enerji” mövzusunda çıxışı nəzərdə tutulub.
“Azercell Telekom” MMC və İsrail Səfirliyinin birgə layihəsi
İsrail Səfirliyi “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birlikdə “TOM” (Tikkun Olam Makers) layihəsini təqdim etdi. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirməkdir. Layihənin təqdimat mərasimi Azercell, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) , PAŞA Bank, JOY Uşaq İnkişaf Mərkəzi, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İdman Adakemiyasınin Media Mərkəzi və digər qurumların dəstəyi ilə 5 Fevral, 2019-cu il tarixində Heydər Əliyev Mərkəzində keçirildi. Mərasimdə həmçinin TOM-un Azərbaycandakı veb səhifəsi təqdim olundu. Səhifədə fiziki məhdudiyyətli şəxslərin gündəlik üzləşdikləri çətinliklər, həm də ixtiraçılara müraciət əks olundu.
AZTA turizm sektorunun inkişafı tədbirləri üçün dövlət dəstəyi aldı
Azərbaycan nümayəndə heyəti Özbəkistana səfər edib
Xaricdə olan işcilərə əmək haqqı necə ödənilib?
Hesablama Palatasının Ağcabədi Regional Mədəniyyət İdarəsi üzrə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş audit zamanı bir sıra çatışmazlıqlar aşkar edilib. “Olaylar” Palataya istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki, “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planları”nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işcilərə əmək haqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait ödənilib, “Azərbaycan Respublikası vahid büdcə təsnifatı”nın tələblərinə bir sıra hallarda əməl edilməyərək təyinatdankənar vəsait xərc edilib.




.jpg)
.jpg)


.jpg)
.jpg)
.jpg)



