İqtisadiyyat

Maya dəyəri şişirdilib, satınalmalarda nöqsanlara yol verilib

7 Fevral 2019 15:37

Hesablama Palatasının “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində həyata keçirilmiş audit nəticəsində bir sıra çatışmazlıqlar aşkar edilib. “Olaylar” Palataya istinadən xəbər verir ki, audit zamanı müəyyən edilib ki, Cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib. Belə ki, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib və debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib, bir halda kreditor borc tanınmadan ödənilib. Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib, 2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməyib.

"Biznes islahatları" mövzusunda seminar keçiriləcək

7 Fevral 2019 12:34

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 8 fevral 2019-cu il tarixində Landmark hotelində “Biznes islahatları” mövzusunda seminar keçiriləcək.

“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 28759 istehlakçıya xidmət edib

7 Fevral 2019 12:22

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ilin yanvar ayı ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Azercell növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb

6 Fevral 2019 18:29

Telekommunikasiya bazarında liderliyini qoruyan Azercell, müştəri xidmətləri sahəsində də innovativ ideya və həll yolları ilə hər zaman seçilir. 2018-ci ilin IV rübündə Azercell-in sosial şəbəkədə göstərdiyi aktivliyi “Socialbakers” şirkəti tərəfindən dəyərləndirilib və Azercell “Socially devoted” sertifikatına layiq görülüb. Beləliklə, “Socialbakers” şirkətinin apardığı araşdırmaya əsasən, Azercell rəsmi Facebook səhifəsində istifadəçilərin ünvanlandırdığı sualları operativ şəkildə cavablandıraraq, 99% nəticə əldə edib. Nəzərinizə çatdıraq ki, 2012-ci ildə "Facebook"Якорь səhifəsində nümayiş etdirdiyi fəaliyyətə görə, Azercell ölkədə "Socially devoted" adına layiq görülmüş ilk mobil operator olub.

Ağdamda 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb

6 Fevral 2019 17:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

İstanbulda 22-ci Avrasiya İqtisadi Zirvəsi başladı

6 Fevral 2019 17:22

Türkiyənin İstanbul şəhərində 22-ci Avrasiya İqtisadi Zirvəsi keçirilir. “OLAYLAR” xəbər verir ki, iki gün davam edəcək zirvədə Azərbaycandan da dövlət və hökumət rəsmiləri, millət vəkillərinin iştirakı ilə geniş tərkibdə nümayəndə heyəti iştirak edir.