Prezident İlham Əliyev hər zaman biz vətəndaşları düşünür
5 Mart 2019 18:04 İqtisadiyyatİlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində müstəqilliyimiz möhkəmlənir.
"7 fevral 2019-cu il Prezident İlham Əliyev Şamaxıda olub.Prezidentin Şamaxıya səfərinin ən mühüm məqamı,şübhəsiz ki, yalnız zəlzələnin fəsadlarını öyrənmək deyildi.Bu səfər ümumilikdə Prezidentin idarəçilik fəlsəfəsinin məntiqi təzahürü idi.Bildiyiniz kimi,fevralın 5- də Azərbaycan ərazisində yeraltı təkanlar qydə alınıb. Fevralın 5-də yerli vaxtla saat 23:31- də Pirqulu stansiyasında 11 kilometr cənub- qərbdə İsmayıllı ərazisində zəlzələ olub Rezpublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Hadisəni diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dərhal baş vermiş zəlzələnin fəsadlarının araşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib aidiyyəti qurumların rəhbərləri zəlzələdən zərər çəkən vətəndaşlarla görüşüb,yeraltı təkanların fəsadları ilə tanış olublar. Sakinlərə vaxtında kömək göstərilib və lazımi məkanlarda yerləşməsinə şərait yaradılıb. Sağolsun dövlətimiz, gəldilər baxış keçirdilər, qeydiyyata saldılar. Prezident İlham Əliyev evləri qəzalı olan vətəndaşlarla görüşdü bildirdi ki, qəzalı evlərin hamısı qısa müddətdə təmir olunacaq, və ya yenisi ilə əvəz olunacaq. Bİz sakinlər üçün bu ağır günlərdə yaxşı dəstək ola bilməzdi. Sağ olsun Prezident İlham Əliyev hər zaman biz vətəndaşları düşünür və ölkə vətəndaşlarına qayğı və köməklik göstərir. Həmçinin Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin nümayəndələri və könüllüləri dağıntılar baş verən yerlərdə sakinlərlə görüşüblər. Birinci vitse -prezident Mehriban xanım Əliyevanın göstərişinə əsasən, hər bir sakinin evində olan nümayəndələr mövcud vəziyyət barədə məlumat toplayaraq müvafiq strukturlarla birgə iş aparılır. Təbii fəlakətin baş verdiyi ilk gündən ölkənin aidiyyəti strukturlarının faciənin nəticələrinin aradan qaldırılması üçün qüvvələrini tam səfərbər etmələri, mərkəzi icra orqanlarının rəhbər şəxslərinin ərazidə olmaları Azərbaycan hakimiyyətinin öz vətəndaşına diqqət və qayğısının bariz təcəssümüdür". Bu fikirləri Olaylar.az -a açıqlamasında YAP Şamaxı rayon təşkilatının baş məsləhətçisi Namizəd Əzizov bildirb.
Namizəd Əzizov qeyd edir ki, zəlzələdən stress keçirmiş insamlar üçün dövlət başçısının gəlişindən və onlarla maraqlanmasından böyük təsəlli ola bilməzdi: " Prezidentin zəlzələ baş verən ərzilərə baş çəkməsi, insanlarla söhbəti sakinləri həm mənəvi cəhətdən ovundurdu, həm də onlarda ruh yüksəkliyi yaratdı.Onlar bir daha ənmin oldular ki zəlzələnin nəticələri Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində tezliklə aradan qaldırılacaq, uçmuş evləri bərpa ediləcək, mənzil şəraitləri əvvəlkindən də yüksək səviyyədə təmin olunacaq. Prezident İlham Əliyevin bu hadisəyə operativ və çevik reaksiya verməklə öz xalqının vətəndaşlarının taleyinə həyatına biganə qalmadığını nümayiş etdirdi. Bu bir daha onu göstərdi ki dövlət başçısı hər zaman öz vətəndaşlarının yanındadır və baş verən istənilən ekstermal hadisə zamanı, çətin vəziyyətlərdə öz vətəndaşlarını darda qoymur və hər zaman maddi və mənəvi dəstəyini onlardan əsirgəmir. Siz bilirsiniz ki, mən Şamaxıda tez -tez oluram. Dəfələrlə olmuşam. Burada yaxşı tədbirlərdə bərabər iştirak etmişik,infrastruktur lahiyələrini sosial obyektlərin kənd təsərüffatı obyektlərin açılışlarında ollmuşuq. Şamaxının inkişafı daim diqqət mərkəzindədir .Təbii ki, belə hadisə baş verəndə mən mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə sizə öz dəstəyimi göstərim, digər tərəfdən vəziyyyətlə tanış olum. Bəli, təbii fəlakət olur. Bir neçə il bundan qabaq Zaqatala Qax rayonlarında zəlzələ oldu, orada minlərlə ev dağılmışdış biz o zəlzələnin fəsadlarını aradan qaldırdıq. Bir neçə il bundan əvvəl Sabirabad zonasında daşqın olmuşdu, minlərlə evi su basmışdı. Oradada lazımi tədbirlər görüldü tələfat aradan qaldırıldı.Bütün evlər dövlət vəsait hesabına yenidən tikildi, bərpa edildi. Ona görə biz bu zəlzələnin fəsadlarınıda tezliklə aradan qaldıracağıq. Mən gəlmişəm bunu sizə deyim ki vətəndaşlar tam əmin olsunlar, bütün lazımi işlər görüləcək. Bir neçə vətəndaş çıxış edərək prezident İlham Əliyevə minnətdarlıqğını bildirdi. Dövlət başçısı daim ölkədə baş vermiş ekstermal proseslərə çevik münasibət bildirib, hadisə yerinə şəxsən baş çəkib və bu prosesdə insanların maraqlarının qorunmasını ön plana çəkib, ən nəhayət, vətəndaş mənafeyinə həssas münasibətin mükəmməl nümunəsini yaradıb".
Prezidentin Şamaxıdakı görüşlərinin, söhbətlərinin, yerindəcə verdiyi tapşırıqlarının və Bakıya dönüşündə bu barədə qəbul etdiyi qərarların timsalında bu mükəmməl örnəyi bir daha gördüyümüzü qeyd edənYAP Şamaxı rayon təşkilatının baş məsləhətçisi bildirdi ki, bu gün ki dünyada vəziyyəti nəzərə alsaq,deməliyik ki, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir: "Sabitliyin uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır,eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır.Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq.Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını qonşularla, həmçinin böyük islam ölkələri ilə əlaqələrin genişləndiyini davam etdiririk. Dünya İqtisadi Formununson hesablamalarına əsasən,Azərbaycan dünyada ümumi ifrastrukturun inkişafına görə 26-cı, əhalinin ölkənin siyasi xadimlərinə etimad göstəricisi üzrə 20-ci yerdədir. "Doing Business in2018chr("39")chr("39") hesabatında Azərbaycan ötən ilə müqayisədə 8 pillə irəliləyərək 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb. Sənədə əsasən, 10 indiqatordan 6-sı üzrə mövqeyini yaxşılaşdıran respublikamız Avropa və Mərkəzi Asiya regionunda 3 ən islahatçı ölkələrdən biri olub.Əhalinin sağlamlığının qorunması, səmərəli məşğulluğunun təmin edilməsi istiqamətlərində sistemli tədbirlər bu gün də davam etdirilıir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən - ilə artırılır. Əhalinin sosial müdafiə daha çox ehtiyacı olan əlilərə, müharibə veteranlarına, az təminatləı vətəndaşlara,qçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, 6000 mindən çox əlil və şəhid ailəsi mənzillə təmin olunub. Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına bütün sosial texniki infrastruktura malik 97 müasir qəsəbə salınıb, 52,3 min qaçqın və məcburi köçkün ailəsinin məzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlətimiz əlillərin və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması istiqamətində aparılan işləron ildən ilə daha da gücləndirir. Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda Qarabağ böyük Vətən müharibələri,Çernobil əlillərinə 136 avtomobilin təqdim olunması mərasimində son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və məzil,müharibə əlillərinə 6000-dən çox minik avtomobil verildiyini görürük.Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və kostitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında 2 avqust 2018-ci il tarixli sərəncam imzalayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək əlil olan insanların, şəhid ailələrinin sosial- məişət qayğılarının həlli istiqamətində mühüm işlər görülür. Prezident İlham Əliyevin İmzaladığı fərman və sərəncamlar,verdiyi tapşırıqlara əsasən,bu kateqoriyadan olan insanların həyat şəraitinin dahada yaxşılaşdırılması üçün davami tədbirlər həyata keçirilir.Ardıcıl olaraq öz həllini tapan layihələr həmin qəbildən olan minlərlə insanın sosial vəziyyət yüksəldilməsində əhəmiyyətli rol oynayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qarabağ müharibəsi əlillərinin mənzillə təminatı tədbirlərinin davamlı olaraq,nazirliyin Şamaxı rayonunda inşa etdirdiyi 36 mənzilli yaşayış binasındakı mənzillər həmin kataqoriyalardan olan vətəndaşlara təqdim edilib yeni mənzillərin təqdim olunması tədbirində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, eləcədə ictimaiyyətin nümayəndələri iştirak ediblər. Beləliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə bu kateqoriyalardan olan vətəndaşlar üçün İmişli rayonundan 54 mənzilli,Şamaxı rayonunda 36 məzilli yaşayış binalarının tikintisi artıq başa çatdırılıb və istifadəyə verilib. Mənzillərdən müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb, binaların həyat yanı sahələrində abadlaşdırma işləri görünüb.Respublikamızın bölgələrində qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün evlərin inşası davam etdirilir.Tədbirdə çıxış edən Tahir Məmmədov ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsindən, o cümlədən, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial təminatlarının gücləndirilməsi,onların rifah halının yaxşılaşdıirilması,yeni mənzillərlə təminatı istiqamətində aparılan işlərdən danışıb bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun mudafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər bu gündə uğurla davam etdirilir və ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Eyni zamanda nazirlik tərəfindən həmin təbəqədən olanlar üçün hazır yaşayış binalarıdan təmirli mənzillərin satın alınması ilə əlaqədar işlərdə davam etdirilir." Namizəd Əzizov bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamları ilə Qarabağ müharibəsi əlilllərinə və şəhid ailələrinin mənzillə təminatında mühüm irəliləişə şərait yaratmaqla, ümumən ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılmasının, insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir: "Sevindirici haldır ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində müstəqilliyimiz möhkəmlənir, dövlətimiz qüdrətlənir, ölkəmiz davamlı dayanıqlı inkişaf edir,Azərbaycanın dünyada nüfuzu artır. Dövlət başçısının ölkəmizinb hər tərəfli inkişafına hesablanmış siyasəti Azərbaycanı gələcəkdə dahada işıqlı sabahlara, xoşbəxt gələcəyə etibarlı günlərə daha firavan gələcəyə aparacağını ürəkdən inanırıq."
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir