Maliyyə sisteminin aktivlərinin 66%-i banklarda cəmləşib

Bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

2018-ci ilin yekununda Azərbaycanın maliyyə sisteminin aktivləri 44,9 milyard manat təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, maliyyə sisteminin aktivlərinin 65,8%-i banklarda, 30,9%-i bank olmayan kredit təşkilatlarında (BOKT - bura kredit ittifaqları da daxildir), 2,8%-i sığorta şirkətlərində, 0,5%-i isə investisiya şirkətlərində cəmləşib.

Hökumət qeyri-bank kredit təşkilatlarının aktivlərdəki payının yüksək olmasını "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərinin "Aqrarkredi" QSC BOKT-a ötürülməsi ilə izah edib.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31