"Forbes" dünyanın ən varlı qadınının adını açıqlayıb

Forbes" jurnalı dünyanın ən varlı qadınının adını açıqlayıb.

"Olaylar" "Report"a istinadən xəbər verir ki, bu, "L`Oreal" kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir.

Onun sərvəti 49,3 milyard dollar məbləğində qiymətləndirilir.

"Betankur-Mayers və onun yaxın qohumları "L`Oreal"ın 33%-nə sahibdirlər", - deyə nəşr yazıb.

Bununla belə, "Forbes"in qiymətləndirməsinə görə, Betankur-Mayers dünyanın ən varlı insanları siyahısında 15-ci sıradadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31