İqtisadiyyat
Vitse-spiker Avrasiya İqtisadi Zirvə toplantısına qatılacaq
Mingəçevir SES-ə əlavə avtotransformator quraşdırılıb
29 nəqliyyat vasitəsinə normadan artıq yanacaq silinib
“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Əsasnaməsində məhəllədaxili yolların və həyətlərın, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılması nəzərdə tutulsa da bu istiqamətlərdə müəssisənin fəaliyyəti qənaətbəxş olmayıb. “olaylar” xəbər verir ki, Hesablama Palatasının Bakı şəhər İcra Hakimiyyətinin “Bakı şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsində həyata keçirilmiş audit nəticəsində müəyyən edilib ki, müəssisə tərəfindən tərtib edilmiş Bakı şəhəri küçələrinin işıqlandırılması üzrə işıq nöqtələrinin dislokasiyası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilməyib, genişmiqyaslı yenidənqurma və abadlıq işlərinin aparılması ilə bir çox küçə və prospektlərdə işıq nöqtələrinin sayında dəyişikliklər baş versə də istismarı planlaşdırılan işıq nöqtələrinin sayı təxmini hesablamalarla müəyyənləşdirilib. 2017-ci il üzrə vəsaitə tələbat hesablanarkən büdcə vəsaiti hesabına alınmış və anbarda olan illik xərclərin 64,0%-ni təşkil edən mal-materiallar nəzərə alınmayıb, küçələrin işıqlandırılması xərclərinə ayrılmış vəsaitdən memarlıq abidələrinə aid olan arxitekturalı binaların fasadlarının və yaşayış binalarının giriş hissələrinin işıqlandırılmasından əlavə illik enerji xərcinin 29,0%-ni təşkil edən digər işıqlandırmalar həyata keçirilsə də, müəssisənin Əsasnaməsində müvafiq dəyişikliklər edilməyib.
2019-cu ilin “Ən yaxşı işəgötürən” şirkət məlum oldu
JTI (Japan Tobacco International) şirkəti işçilər üçün yaratdığı mükəmməl şəraitə görə yenidən Azərbaycan, Avropa və Asiya-Sakit Okean bölgəsində, eləcə də qlobal olaraq 2019-cu ilin “Ən yaxşı işəgötürən” şirkət seçilmişdir. Olaylar.az bildirir ki, “Ən yaxşı işəgötürən” seçilən təşkilatlar insanlara önəm verən proqressiv insan resursları praktikaları ilə işçilər üçün ən yaxşı iş mühiti yaradan qurumlardır. Bu qlobal sertifikasiya proqramı çərçivəsində beş qitədə yerləşən 115-dən çox ölkədə / regionda 1300-dən çox “Ən yaxşı işəgötürən” qurum seçilmişdir.
İran da kriptovalyuta buraxdı - PayMon
Fevralın 5-nə manatın məzənnəsi
“Huawei” dünyada ilk qatlanan 5G smartfonu təqdim edəcəyi tarixi açıqladı
Xarici investorlar Səudiyyə Ərəbistanının səhmlərinə rekord həcmdə sərmayə qoyub
Dövlət Proqramları regionlarda işsizlik probleminin aradan qaldırılmasına yol açıb
Regionların sosial-iqtisadi inkişafı yeni bir mərhələyə qədəm qoyub. Söhbət “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı fərmandan gedir. Məlumat üçün qeyd edək ki, dövlət başçısı sayca dördüncü olacaq Dövlət Proqramının qəbul ediləcəyinin anonsunu hələ bir müddət əvvəl vermişdi. Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, tezliklə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul ediləcək. Və gözlənildiyi kimi çox keçmədən sözügedən Dövlət Proqramının təsdiq edilməsi barədə Prezident İlham Əliyev müvafiq fərman imzaladı.
Dünyanın ən varlı bankları açıqlandı
Avrozonada işgüzar mühit indeksi 0-dan aşağı düşüb
AQTA və FAO əməkdaşları arasında işgüzar görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə layihəsi çərçivəsində “Agentlikdə institusional islahatlar və idarəetməyə dair texniki dəstək” və “Qida təhlükəsizliyi üzrə beynəlxalq nəzarət yoxlamaları” sahəsində işgüzar görüş keçirilib. “OLAYLAR”-a AQTA-dan bildirilib ki, görüşlərdə ölkəmizdə beynəlxalq nəzarət sisteminin tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb. İştirakçılar milli qida təhlükəsizliyi sisteminin qurulması və elementlərin təhlilinə müasir yanaşmalar, dövlət nəzarəti, özəl sektorun məsuliyyəti, istehlakçı maraqları ilə bağlı müzakirələr aparıblar.
İstehsal məhsullarının daxili və xarici bazarda satış təşkilində çətinliklər var
AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katib vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyev ilə AMEA Yüksək Texnologiyalar Parkının rəhbərliyi arasında görüş keçirilib.
Balıq zavodu, mehmanxana və şadlıq evi hərraca çıxarılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 5 mart tarixində keçiriləcək. Komitədən “Olaylar”a verilən məlumata görə, martın ilk özəlləşdirilmə hərracına ümumilikdə 82 dövlət əmlakı çıxarılıb.
Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir. Artıq 5 ildən çoxdur ki Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 270 yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsindən ibarətdir və bu göstərici gündən günə artmaqdadır.
.jpg)




.jpg)






.jpg)

