Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib

Regionda ən yüksək əmək haqqı və ən yüksək təqaüd Azərbaycandadı

Prezident İlham Əliyev Azərbaycan xalqının xoşbəxt gələcəyinin təminatı olacaq qərarlar qəbul etməklə yanaşı, hər zaman regionlarıda sosial vəziyyətin, insanların həyat şəraitinin yaxşılaşması, yeni iş yerlərinin açılmasını daim diqqətində saxlayır.  Vətəndaşların sosial vəziyyətinin yaxşılaşması, regionlarda yaşayan insanların daimi işlə təmin olunmaları üçün bölgələrdə aparılan yenidənqurma işləri, xarici investraları paytaxta deyil, regionlara cəlb etmək bu gün ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Prezidenti İlham Əliyev hər zaman  yaşlı insanların, eləcə də aztəminatlı ailələrin sosial problemlərinin həllinə qayğı və diqqətlə yanaşır. Bunun bariz nümunəsi kimi cənab prezidentin bu yaxınlarda əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzaladığı əlavə fərmanları misal göstərə bilərik. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində sərəncam imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir. Sosial sahəyə diqqətin artırılması əhalinin daha yaxşı yaşamasına, az gəlirli təbəqənin həyat şəraitinin yaxşılaşmasına gətirib çıxarır.

Azərbaycan iqtisadiyyatı son 15 il ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Son 15 il ərazində ölkdə 2 milyon yeni iş yeri açılmışdır bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Regionaların sosial-iqtisadi inkişafına yönəlmiş üç dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində Azərbaycanın rayon və kəndlərinin siması gözələşmiş əyalətdə yaşayan insanların güzəranı xeyli yaxşılaşdırlmışdır. Ölkə yeni-yeni müəssisələrin açlması çoxsaylı iş yerlərinin yaradılması sosial infrastrukturun genişləndirilməsi insanlara qayğını davamlı olduğunu göstərir. Regionda ən yüksək əmək haqqı, ən yüksək təqaüd Azərbaycandadı. Minimum əmək haqqının 38 faiz birdən-birə qaldırılması prezidentin humanistliyinin göstəricisidir. Azərbaycanda genişmiqyaslı sosial siyasət aparılır. Bu gün dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, əhalinin məşğulluğunun, tibbi xidmətlərin yüksək səviyyəsinin, pensiyaçıların, çoxuşaqlı ailələrin, əlillərin hüquqlarının müdafiəsinin təmini yolu ilə həyata keçirilir. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması bu sahəyə daim qayğı və diqqətin olduğunu bir daha təsdiq edir. Güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, milli gücünü artıran başlıca strateji komponent qismində çıxış edir.

Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Ölkə əhalisini sosial-rifah halının, regionlarda iqtisadi inkişafın durmadan yüksəlməsi prinsiplərini qoruyub saxlaması prezidentin imzaladığı bütün qanun, fərman və sərəncamlarda özünü təsdiq etməkdədir. Ötən illərdə olduğu kimi, 2019-ci ilin sosial siyasətinin əsas hədəflərindən biri də pensiya və maaşların artırılmasıdır. Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, geniş və ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, yoxsulluğun minimuma endirilməsi istiqamətində görülmüş tədbirlər təqdirəlayiqdir. Prezidentin tez-tez regionlara səfər etməsi və ictimaiyyətin nümayəndələri ilə görüşməsi ənənə halını alıb. Xalq Prezidentə inanır, xalq daim onun yanındadır. Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaqdır. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcəkdir.

Qeyri-neft sektorunun gücləndirilməsi kursunda onun ən perspektivli sahəsi olan turizm sferası diqqət mərkəzindədir. Azərbaycan turizminin perspektiv inkişafı 2013-2020-ci illəri əhatə edəcək turizm planında öz əksini tapmışdır. Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin genişləndirilməsi, yeni mehmanxana, turizm komplekslərinin tikilməsi, tarixi abidələrin bərpası nəticəsində 2016-cı ilə qədər turizm sahəsində 21.9% artımı nəzərdə tutulmuşdur. Regionlarda turizmin inkişafına xüsusi diqqət ayrılır. Bu məqsədlə turizm sisteminin inkişaf strategiyası aşağıdakı istiqamətlər əsasında qurulur və idarə olunur: Azərbaycanda qeyri-neft sektoruna ayrılan yatırımların artırılmasına əvvəlki illərdə də xüsusu diqqət yetirilirdi. Aşağıdakı cədvəldə bu göstərici əyani şəkildə göstərilmişdir. Ötən illər ərzində Azərbaycan turizm sənayesi inkişaf etdikcə onun genişlənmə imkanları da artır, mövcud potensialı güclənir. Dövlətin həyata keçirdiyi proqramlar sayəsində Azərbaycanın gələcəkdə böyük və inkişaf etmiş turizm ölkəsinə çevrilməsi üçün güclü baza təşəkkül tapır. Günbəgün turizm üçün əhəmiyyəti olan obyektlərin sayı artır, təbiət, tarixi və mədəniyyət abidələrinin turizm obyekti kimi istifadəsi üçün şərait genişlənir. 

Özü-özlüyündə ölkənin təbiətinin qorunması, tarixi və mədəni abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində görülən işlər həmin obyektlərin turizm üçün istifarəsi üçün də əlverişli şərait yaradır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələbinə uyğun olaraq "Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi" hazırlanmışdır. Ötən illər ərzində turizmin nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilmiş və turistlərin istifadəsinə verilmişdir. İndi Azərbaycanın bölgələrində ən müasir otel və pansionatların tikintisi sürətlənib. Qəbələdə, İsmayıllıda, Qubada, Qusarda, Masallıda, Lənkəranda, Lerikdə, Şəkidə, Şamaxıda, Balakəndə və digər rayonlarımızda 4 və 5 ulduzlu otellərin sayı davamlı olaraq artır. Xüsusən Qəbələnin turizm imkanları o qədər genişlənibdir ki, hətta burada bəzən turisistlərin yerləşdirilməsi problemləri yaranır. Təbii ki, bütün bunlar müvəqqəti xarakter daşıyır. 22 Turizmə dair Şamaxı rayon Mədəniyyət və Turizm İdarəsindən məlumata görə, 2014-cü ilin 8 ayı ərzində Şamaxıya 58 minədək turist səfər edib. Sadə bir hesablamaya görə, hər bir turist orta hesabla istirahətinə 200 dollar xərcləsə bu 12 milyon dollara yaxın vəsait deməkdir. Demək, rayon büdcəsinin təxminən 10 faizini turizmlə zənginləşdirmək mümkündür. Qeyd edək ki, 27 sentyabr hər il Azərbaycanda "Ümumdünya Turizm Günü" kimi qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər çərçivəsində həmçinin, hər il müxtəlif mövzularda - turizm sahəsində mövcud problemlər və onların həlli yollarının müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm infrastrukturunun yaradılması və s. mövzusunda "Ümumrespublika Daxili Turizm Konfransları" da keçirilir. Eləcə də bu müddət ərzində turizm şirkətləri, turist xidməti obyektlərinin iştirakı ilə Daxili Turizm Sərgisi də keçirilmişdir.
Təsadüfi deyildir ki, Dünya Bankının "Doing Business" hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın "lider islahatçı dövləti" kimi qiymətləndirilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31