İqtisadiyyat
Keçmiş mer prezident seçkisində liderlik edir
Sumqayıtda qaz kəmərləri yenidən qurulur
Yanvar ayı ərzində 1763 mənzildə təbii qazın açılması təmin olunub
İqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Regionların sosial-iqtisadi inkişaf proqramları sahibkarlığın inkişafına təkan verib
Azərbaycanda həyata keçirilən regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramları ölkədə sagibkarlığın inkişafına təkan verib. Xatırladaq ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.Bugün əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını təmin etməkdir.
Bu yolda təmir işləri aparılacaq
“Veysəloğlu” Şirkətlər Qrupunda çalışanların yarıdan çoxu gənclərdir
“Veysəloğlu” şirkətlər qrupunda çalışan 17-34 yaş aralığında olan işçilər 77% təşkil edir. “OLAYLAR”-a daxil olan məlumata görə, şirkət əməkdaşlarının 61.5%-i isə 17-29 yaş aralığında olan gənclərdən ibarətdir. Bu isə o deməkdir ki, şirkətlər qrupunda çalışan əməkdaşların yarıdan çoxu gənclərdir. Özünün 25 illik fəaliyyətində şirkət daim gənclərə dəstək olub və gənclərlə birlikdə inkişaf edib. Bu səbəbdən də gənclərimiz karyerasını bu şirkətdən başlamağa üstünlük verirlər. Belə ki, “Veysəloğlu” şirkətlər qrupu işçi heyyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına daim böyük əhəmiyyət verir, bunun üçün ölkə daxilində və xaricdə kurslar, seminarlar, təlimlər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir.
Rusiyadan ət gəlməyəcək
Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib. AQTA-dan “OLAYLAR”-a daxil olan xəbərdarlıqda deyilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiya Federasiyasının Krasnodar diyarının ərazisində Nyukasl xəstəliyi və Xabarovsk diyarının ərazisində dabaq xəstəliyinin yayılması müəyyən edilib.
Azercell-dən GencOl5 abunəçiləri üçün xüsusi kampaniya
Elman Rüstəmovdan devalvasiya AÇIQLAMASI
Sahibkarlar üçün onlayn təlim təşkil edilib
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçirilib. Nazirlikdən “Olaylar”a bildirilib ki, onlayn təlimə Bakıda və paytaxt qəsəbələrində, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 800-dən çox mikro, kiçik və orta sahibkar qoşulub. Təlim zamanı sahibkarlar Vergi Məcəlləsində mikro, kiçik və orta sahibkarlıqla bağlı son dəyişikliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.


.jpg)


.jpg)







.jpg)
