İqtisadiyyat
Paytaxtın bir neçə prospekt və küçəsində təmir işləri aparılır
Daha bir ərazidə hərəkət məhdudlaşdırılacaq
Bakı-Dairəvi 1 avtomobil yolunda təmir işləri aparılır
Yevlax stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Qadın sürücü 20 Yanvar dairəsində maşını aşırdı - VİDEO
Ötən gecə Bakının Yasamal rayonu ərazisində, "Azərsu" ASC-nin binası qarşısında minik maşını aşıb. 99-KJ-767" dövlət qeydiyyat nişanlı avtomobil 20 Yanvar dairəsi yaxınlığında yüksək sürətlə manevr edərkən aşıb.
Bakının bir neçə ərazisində hərəkət məhdudlaşdırılacaq
Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Bakı neftinin qiyməti bahalaşır
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,15 dollar və yaxud 0,19% artıb.
Beynəlxalq Bankın Müşahidə Şurasında dəyişiklik olub
Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Bankdan verilən xəbərə görə, yığıncaqda Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli müvafiq sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayevi Bankın Müşahidə Şurasında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əvəz edib. Toplantıda Bankın Müşahidə Şurasının Əsasnaməsi də təsdiqlənib. Şuranın və Audit komitəsinin işlərinin təşkili ilə bağlı digər məsələlərə baxılıb, o cümlədən Audit Komitəsinin yeni tərkibi formalaşdırılıb. Azad Məmmədov Audit Komitəsinin sədri, Zamiq Məmmədov və Vüqar Bədəlov isə Komitə üzvləri təyin edilib.
“AppLab” iştirakçıları “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib gəldilər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkətinin “AppLab” inkubasiya proqramının iki iştirakçısı “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib olub. Layihələrin qiymətləndirilməsi nəticəsində “AppLab” proqramında iştirak edən iki komanda yerli çempionatın “Startap” nominasiyasında I və II yerlərə sahib olublar. I yeri tutmuş “Run2Help” layihəsi istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Bu layihənin komandası 19-20 May tarixlərində Ukraynanın Kiyev şəhərində baş tutacaq “Golden Byte 2018” finalında iştirak edəcək. Regional finalın II yerini isə xüsusi tətbiqetmə vasitəsilə müxtəlif məkanlarda tədbir təşkil edib dost-tanışları dəvət etmək imkanını verən “BuilDay” lahiyəsi tutub.
Beynəlxalq bankın işçiləri məhkəmədə susdular – 118 min manat
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Rüfət Muradov və Qoxmaz Vəliyev özlərini qismən təqsirli biliblər. Lakin onlar məhkəmədə ifadə verməkdən imtina ediblər. Növbəti proses mayın 22-də davam edəcək.
Lökbatan-Qızıldaş avtomobil yolu yenidən qurulur
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı dövlət proqramından irəli gələn tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomoil yollarının yenidən qurulması işlərini yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrsaı nəticəsində ötən il ərzində 98 km uzunluğunda 10 qəsəbələrarası avtomobil yolu layihəsi icra olunub.







.jpg)






