I rübdə Ukraynanın ət və ət məhsulları ixracında Azərbaycanın payı 4,7% olub

Bu ilin I rübündə Ukraynanın ixrac etdiyi ət və ət məhsullarının 4,7%-i Azərbaycanın payına düşüb.

Bu göstəriciyə görə Azərbaycan 7-ci yeri tutur.

Ukraynanın ət və ət məhsulların əsas alıcıları isə Niderland (20,4%), İraq (10,2%) və Slovakiya (10%) olub.

Məlumata əsasən, bu ilin yanvar-mart aylarında Ukrayna 75 min ton ət və ət məhsulları ixrac edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10 min ton çoxdur.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31