Paytaxtın bir neçə prospekt və küçəsində təmir işləri aparılır
14 May 2018 12:40 NəqliyyatHazırda Bakı şəhərində və şəhər ətrafında bir-neçə ərazidə, Mir Cəlal, Əsəd Əhmədov, Təbriz və Məhəmməd Hadi küçələrində, Babək prospektində, həmçinin Xırdalan-Binəqədi, Buzovna-Mərdəkan, Lökbatan-Qızıldaş-Güzdək, Səngəçal-Çeyildağ, Mehdiabad-Pirşağı, Maştağa-Nardaran avtomobil yollarında təmir işləri aparılır.
"OLAYLAR" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31