Bakı-Dairəvi 1 avtomobil yolunda təmir işləri aparılır
14 May 2018 11:49 NəqliyyatBakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Dairəvi 1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılacaq.
Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki, bununla əlaqədar olaraq 14 may 2018-ci il tarixində axşam saatlarınadək sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31