Banklar niyə kredit şərtlərini sərtləşdirməkdə maraqlıdırlar? TƏHLİL

Banklar niyə kredit şərtlərini sərtləşdirməkdə maraqlıdırlar?TƏHLİL

Kapital bazarı zəif inkişaf etdiyindən sahibkarlar pul resursunu əsasən banklardan əldə edirlər

Xəbər verildiyi kimi Milli Məclis Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri birinci oxunuşda qəbul edib. Məlumat üçün qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 162 dəyişiklikdən ibarətdir. Dəyişikliklər riskli vergi ödəyicilərinə nəzarətin,ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını da özündə ehtiva edir. Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb. Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır. Həmçinin ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir. Lakin millət vəkilləri nəzərdə tutulan dəyişikliklərin qarşıya qoyulan məqsədə çatması üçün bir sıra əlavə tədbirlərin görülməsini vacib sayırlar. Millət vəkili Fazil Mustafa qeyd edib ki, üçüncü dövlətlərdən gələn istehsal vasitələrinə ƏDV-nin tətbiq olunmasının ləğv edilməsi zərurəti yaranıb: " Bu o deməkdir ki, əğər bir avadanlıq məsələn, Almaniyadan gətirilirsə, o avadanlıq ƏDV-siz ğömrük olunur. Ancaq həmin avadanlığın köhnəsi Türkiyədən gəlirsə, həmin avadanlığa ƏDV tədbiq olunur. Eyni avadanlıq müxtəlif maya dəyərinə malikdir. Birmənalı olaraq bütün istehsal vasitələri ƏDV-dən azad olunmalıdır ki, gömrükdə də qarışıqlıq olmasın. ƏDV ödəməmək ücün yeni avadanlıq gətirərkən keçmiş İqtisadi İnkişaf Nazirliyindən də icazə alınmalı idi. Bu da bir cox bürokratik əngəllər yaradır". Deputat əlavə edib ki, ölkəmizdə artıq pambığın istehsalı inkişaf edir. Ancaq toxuculuq müəssisələri bu pambığı daxili bazardan ala bilmir: "Daxili istehsalçıların istehsal gücünə görə kvota ayrılmasını və pambığın satışının da digər kənd təsərrüfatı məhsulları kimi ƏDV dən azad edilməsi məqsədəuyğun olardı.Yerli pambıq istehsalcıları daxili bazara mahlıcın qiymətini Lissabon birjasina görə ƏDV ilə birlikdə satırlar . Bu isə ipliyin qiymətini qaldirir və xaricə iplik satmaq olmur" . Onun sözlərinə görə, Bakıdakı torpaq sahələrinin xeyli hissəsi əvvəlki sovxozların, fermaların istifadəsinə verildiyi üçün sonrakı dövrdə bu kimi qurumlar ləğv edildiyində bugünədək ərazi prinsipi dəqiqləşdirilmədi: "Bu məsələni Nazirlər Kabineti çözməklə idarəçilikdə mənasız bir ziddiyəti ortadan qaldırmış olar. Elə bu minvallar neftdən təmizlənmiş ərazilərdə salınmış yaşayış evlərinin özəlləşdirilməsi, habelə kommunikasiya xətlərinə əngəl yaratmayan yaşayış evlərinin özəlləşdirilməsi vacibdir". Deputat bildirib ki, Azərbaycanda sahibkarların pul resurslarına ən əlçatan mənbəyi bank kreditləridir: "Ölkədə kapital bazarı zəif inkişaf etdiyindən sahibkarlar pul resursunu əsasən bank sektorundan cəlb edirlər. Ancaq devalvasiyanın bank sektorunu çətin vəziyyətə salması biznesin yeganə maliyyə mənbəyinə çıxışını da məhdudlaşdırıb. Səbəb bankların kredit şərtlərini sərtləşdirməsi, riskli kredit qoyuluşunda maraqlı olmaması, sahibkarların kredit tarixçələrinin pisləşməsidir. Devalvasiyadan sonra sahibkarların kreditə çıxışının pisləşməsini Mərkəzi Bankın rəsmi rəqəmləri da təsdiq edir. 15 faizdən aşağı düşməyən kreditlərlə xırda və orta biznesi inkişaf etdirmək mümkünsüzdür". Elektrik enerjisi tariflərinə toxunan millət vəkili qeyd edib ki, Nazirlər Kabinetinin 5 aprel 2001-ci il 74 saylı qərarına görə gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir: "Bu isə məhsulun maya dəyərinin bahalanmasına gətirir ki, bu da müəssisəyə böyük ziyanlar vurur. Elektrik enerjisinin gecə tarifinə keçirilməsi Türkiyədə sənaye müəssisəsinə tədbiq olunur. Türkiyədə gecələr elektrik enerjisinə 50% endirim tədbiq olunur.Tekstil müəssisələrinin rentabelli iş rejimi 24 saatdır". F.Mustafa onu da qeyd edib ki, bir-birini təkrarlayan ali məktəblərin də birləşdirilməsinə zərurət var: "Kiməsə rektor vəzifəsi vermək üçün universitet açmazlar. Bizdə universitet təhsilinin səviyyəsi çox aşağıdır, bunların sayının artıq olması təhsilin keyfiyyətinə faydalı heç nə əlavə etmir".

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31