Kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair görüş keçirilir
Noyabrın 21-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüş işə başlayıb. “Olaylar” xəbər verir ki, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunub.
21 Noyabr 2017 16:19 İqtisadiyyatNoyabrın 21-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüş işə başlayıb. "Olaylar" xəbər verir ki, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunub. Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bildirib ki, kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüş qlobal bir məsələyə həsr olunub. Bu mövzuda toplantının Azərbaycanda ilk dəfə keçirildiyini diqqətə çatdıran Komitə sədri belə tədbirlərin ölkə üçün önəmini qeyd edib. DGK sədri qlobal təhlükəsizliyin təmin olunması, eləcə də terrorizmə qarşı mübarizənin bütün dünyada hüquq-mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, bu işdə gömrük xidmətlərinin də üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Terror aktlarının əksəriyyətinin müxtəlif kimyəvi maddələrdən istifadə edərək kustar üsulla düzəldilən partlayıcı vasitələrlə həyata keçirildiyini qeyd edən Aydın Əliyev kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı daha effektiv mübarizə aparmaq üçün birgə fəaliyyətin və qarşılıqlı təcrübə mübadiləsinin vacib olduğunu deyib. Sonra çıxış edən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin regional nümayəndəsi xanım Aşita Mittal bildirib ki, kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüşün əsas məqsədi məhz daha effektiv fəaliyyət üçün qarşıda duran vəzifələri müəyyənləşdirmək və bu yolda səyləri birləşdirməkdir.