Qeyri-neft sektorunun inkişafına vətəndaş cəmiyyətinin töhfəsi müzakirə olunacaq

Noyabrın 23-də “Qeyri-neft sektorunun inkişafı və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçiriləcək. Milli Qeyri-Hökumət Təşkilatları Forumundan “OLAYLAR”-a bildirilib ki, tədbir Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutacaq.

Noyabrın 23-də "Qeyri-neft sektorunun inkişafı və vətəndaş cəmiyyəti" mövzusunda tədbir keçiriləcək. Milli Qeyri-Hökumət Təşkilatları Forumundan "OLAYLAR"-a bildirilib ki, tədbir Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutacaq. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "QHT-lərə institusional inkişaf sahəsində xidmətlərin göstərilməsi" adlı layihə çərçivəsində baş tutacaq tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi ilə reallaşacaq. Tədbirdə universitet, QHT və KİV nümayəndələri iştirak edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31