Milli Məclis gələn ilin dövlət büdcəsinin müzakirəsinə start verdi

Milli Məclisin noyabrın 21-də keçirilən plebar iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsinə start verilib. MM sədri Oqtay Əsədov qeyd edib ki, gələn ilin dövlət büdcə zərfi sosial-iqtisadi durum nəzərə alınmaqla hazırlanıb. Növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılıb.

Büdcənin sosialyönümlülüyü qorunacaq

Milli Məclisin noyabrın 21-də keçirilən plebar iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsinə start verilib. MM sədri Oqtay Əsədov qeyd edib ki, gələn ilin dövlət büdcə zərfi sosial-iqtisadi durum nəzərə alınmaqla hazırlanıb. Növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılıb. Büdcənin sosial yönümlülüyü saxlanılıb. Spiker bildirib ki, büdcə zərfi müsbət dinamik dəyişilikləri əks etdirir: "Büdcə gəlirlərində qeyri-neft sektorunun payı artıb. Biznes mühitrinin yaxşılaşıdırılması, maliyyə bazarlarının təkmilləşdirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətini artırıb". Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, son 10 ildə Dövlət Neft Fondundan 76 mlrd. dollar transfert edilib ki, bu olmasaydı Azərbaycan risklərlə üzləşə bilərdi". Komitə sədri bildirib ki, 2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ölkədə ümumi iqtisadi artım proqnozlaşdırılır. Azərbaycan dünyada ən az borcu olan 10 ölkədən biridir. Ölkədə borcalma strategiyası hazırlanıb. Kommersiya banklarına inam artırılmalıdır, banklarla əhali arasında konsensus yaradılmalıdır. Onun sözlərinə görə, Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiymətinin 45 dollar/barel səviyyəsində götürülməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək.
Gələn ilin dövlət büdcəsi layihəsini isə maliyyə naziri Samir Şərifov təqdim edib. Nazir qeyd edib ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur. 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transfertin, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür. Onun bildirdiyinə görə, 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur. 2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1% təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 mlrd. manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 mlrd. manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 mlrd. manat və ya 17,8% artıqdır. Beləliklə, 2018-ci il üçün büdcə kəsiri 778,7 mln. manat həcmində nəzərdə tutulub.
İqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, bu il prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar davam edib. Ötən dövrdə makroiqtisadi sabitliyin təin olunması valyuta rejimin təkmilləşdirilməsi, ixracın stimullaşdırılması istiqamətində əhəiyyətli tədbirlər görülüb. Bu islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan 69-cu yerdən 35-ə yüksəlib. Digər hesabatlarda da Azərbaycan irəliləyib. Sistemli ishlatların davam etidirilməsi, bank sektorunun sağlamlaşdırılması əsas götürülərək növbəti ildə inflyasiyanın 1 rəqəmli olması proqnozlaşdırılıb. 2018-ci ildə ümumi daxili məhsulun 1.5, növbəti illərdə 3.5 faiz artacağı proqnozlaşdırılıb. Nazir bildirib ki, 2018-ci ildə neftin 1 barelinin qiyməti 45, növbəti illər üçün isə 40 dollardan götürülməsi proqnozlaşdırılıb: "2018-ci ildə tədiyyə balansı üzrə müsbət saldonun 1,4 milyard dollar olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 2,9 faiz, növbəti illərdə isə orta hesabla 3 faizdən yuxarı artım proqnozlaşdırılır. Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1 faiz azalacağı, "Şahdəniz-2" layihəsinin işə düşməsi ilə isə qaz hasilatının artması gözlənilir. Növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5 faizə yaxın artacağı proqnozlaşdırılır. Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək". Ş.Mustafayev qeyd edib ki, 2018-ci il dövlət büdcəsindən sosial mənzillərin tikintisi ilə bağlı 250 milyon manat nəzərdə tutulub. Prezident İlham Əliyevin müəyyən etdiyi prioritet istiqamətlərə uyğun olaraq növbəti ilin xərclərinin sosial və investisiyayönümlülüyü təmin edilib, əhalinin rifah halının və sosial müdafiəsinin daha da gücləndirilməsi əsas məqsəd kimi qarşıya qoyulub. Büdcə layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib".
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib ki, gələn il də konservativ monetar siyasət yürüdəcək: "Məzənnənin sabitliyi 2018-ci ildə diqqət mərkəzində olacaq, valyuta bazarında sabitlik qorunacaq. Cari ildə tədiyyə balansında profisit bərpa olunub - 1,1 mlrd. dollarlıq profisit əldə olunub. Tədiyyə balansında yaxşılaşma yalnız neftin qiyməti ilə bağlı deyil. İdxalın azalması, qeyri-neft ixracının 35% artması da tədiyyə balansına təsir edən amillərdəndir. Xidmət balansında da müsbət meyillər var. Cari ildə strateji ehtiyatlar 12%, AMB ehtiyatları 31% artıb. Ölkənin valyuta ehtiyatlarına qənaət edilib. Ölkəyə idxal azaldılıb, strateji valyuta ehtiyatlarına təzyiq azalıb. Maktoiqsadi sabitliyin ilkin əsasları yaranıb". Baş bankir bildirib ki, hazırda bank aktivlərinin 20%-dən çoxunu likvid aktivlər təşkil edir: "Kredit portfelində aktivlik müşahidə olunmur". Onun sözlərinə görə, AMB-nin sterilizasiya alətlərinə ehtiyac çoxdur. E.Rüstəmov bildirib ki, inflyasiyanı əsasən qeyri-monetar amillər şərtləndirir: "Son bir ayda dünya bazarında ərzaq məhsullarının qiymət artımı ölkədə də inflyasiyanın aşağı düşməsinə mane olub". Onun sözlərinə görə, Mərkəzi Bankın ehtiyatları 42 milyard ABŞ dollarını ötüb. Manat ilin əvvəlindən 4 faiz , fevral ayından isə 6, 5 faiz möhkəmlənib. Hazırda bank aktivləri 20 faizdən çox olsa da biz kredit aktivliyini artmasını müşahidə etmirik. Cari ildə kreditlərin verilməməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Neft Fondundan büdcəyə gəlir 3 dəfə azaldılıb. Manatla pul bazası 11 faizdən çox artıb. Mərkəzi Bank iqtisadiyyata kifayət qədər pul verib. Milli valyutada yığımları dəstəkləmək üçün cari ildə uçot dərəcəsi dəyişməyib. Sərt xarici şok baş vermədiyi halda valyuta bazarında sabitlik qorunacaq".
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20,1 milyard manat, xərcləri isə 20,9 milyard manat məbləğində müəyyən edilib, həmçinin mərkəzləşdirilmiş və yerli gəlirlərə aid edilən daxilolmalar göstərilib. Layihənin 4-cü maddəsində isə 2018-ci il dövlət büdcəsinə vergi daxilolmalarının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanması əks edilib. Onun sözlərinə görə, mədaxil mənbələri üzrə gəlirlərin məbləğinin əks etdirilməsi ilə bağlı 16.1.3-cü maddəyə uyğun olaraq qanun layihəsinin 2-ci maddəsində mədaxil mənbələri üzrə gəlirlərin proqnozlaşdırılmış məbləği göstərilib: "Azərbaycan Respublikasının 2018-ci il üzrə proqnozlaşdırılmış göstəriciləri əsasında aparılmış hesablamalar beynəlxalq təcrübədə və nəzəriyyədə qəbul edilmiş borc göstəriciləri üzrə müqayisədə ölkəmizdə borc dayanıqlığının mövcud olduğunu göstərir. Diqqətə çatdırmaq istərdim ki, növbəti ilin büdcə layihəsində daxili və xarici dövlət borclanmasının yuxarı hədləri, həmçinin 2018-ci il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) azalma ilə proqnozlaşdırılıb. Bu isə növbəti illərdə dövlət borclanmasının və şərti öhdəliklərin artım tempinin azalmasına münbit şərait yaradacaq". Sonra dövlət büdcəsinin müzakirəsi davam etdirilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31