Gəmiçilikdə aparılan audit uğurla yekunlaşıb

Gəmiçilikdə “Amerika Gəmiçilik Bürosu” tərəfindən TKİS-nin beynəlxalq idarəetmə standartlarına uyğunluğu üzrə keçirilmiş növbəti xarici audit  uğurla başa çatıb. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, noyabrın 11-dən başlayan audit beş gün davam edib.

Gəmiçilikdə "Amerika Gəmiçilik Bürosu" tərəfindən TKİS-nin beynəlxalq idarəetmə standartlarına uyğunluğu üzrə keçirilmiş növbəti xarici audit  uğurla başa çatıb. "OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, noyabrın 11-dən başlayan audit beş gün davam edib. Audit zamanı məlum olub ki, Gəmiçilikdə tətbiq edilib işləyən "Təhlükəsizliyin Keyfiyyətli İdarəedilməsi Sistemi"nin (TKİS) hazırkı səviyyəsi İSO 9001 (Keyfiyyət Menecmenti), İSO 14001 (Ekoloji Menecment), İSO 50001 (Enerji Səmərəliyi Menecmenti) və OHSAS 18001 (Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi Menecmenti) üzrə beynəlxalq idarəetmə standartlarının uyğunluğuna dair 2015-ci ildə alınmış sertifikata müvafiqdir. Nəticələrə əsasən "ABS" bürosunun Gəmiçiliyə təqdim etdiyi sözügedən beynəlxalq sertifikatın uyğunluğu növbəti bir  il  üçün  məqbul  sayılıb.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31